Mətanət Əzizova: "Fotonun altından isə seks xidməti təklif etdiyi, maraqlananların həmin nömrə ilə əlaqə saxlamalı olduğu qeyd olunur"
Paytaxtda bir vaxtlar sevgili olduğu oğlanı qısqanan xanım onun yeni sevgilisinə qarşı sosial şəbəkədə intim xidmət təklif edən “facebook” hesabı açıb. Lent.az-ın məlumatına görə, bu hadisə barədə movqe.az-a danışan "Qadın Krizis Mərkəzi" nin rəhbəri Mətanət Əzizova son vaxtlar sosial şəbəkələrdə bu cür profillərin açılması hallarının artdığını söyləyib: "Bu hadisə ilə bağlı bizə məlumat verən xanım bildirib ki, hazırda sevgili olduğu oğlanın keçmiş sevgilısi onun şəklini facebookda yerləşdirərək mobil nömrəsinə də sosial şəbəkəyə yerləşdirib. Fotonun altından isə seks xidməti təklif etdiyi, maraqlananların həmin nömrə ilə əlaqə saxlamalı olduğu qeyd olunur. Həmin xanım evdə oturarkən ona çoxsaylı zənglərin gəldiyini, artıq bu cür təkliflərdən zinhara gəldiyini söyləyirdi. Ona cinsi münasibət məqsədilə zəng edən şəxslərdən nömrəni necə əldə etdiklərini soruşanda bəlli olub ki, əlaqə nömrəsi fotosu da yerləşdirilməklə sosial şəbəkədə yerləşdirilib. Həmin xanım bir müddət mobil nömrəsini bağlamaqla bu zənglərdən xilas olsa da, həmin facebook hesabını bağlatdırmağa nail ola bilməyib. Araşdırmalar zamanı bəlli olub ki, bu hərəkəti onun sevgilisinin keçmişdə sevdiyi qız qısqanclıq zəmnində edib".