Bakıda sərxoş qadınlar həyəcan yaşatdı
14 aprel 2014 09:42 (UTC +04:00)

Bakıda sərxoş qadınlar həyəcan yaşatdı

Bakıda köməksiz vəziyyətdə qalan vətəndaşlar xilas edilib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1949-cu il təvəllüdlü və 1982-ci il təvəllüdlü 2 qadının köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxslər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin pəncərəsinə qalxaraq içəri daxil olublar və giriş qapısını açıblar. Mənzilə baxış keçirilərkən sərxoş vəziyyətdə aşkarlanmış vətəndaşlar aidiyyəti üzrə təhvil verilib.

 

Əməliyyat saat 02:18-də başa çatıb.

# 2655
avatar

Oxşar yazılar