Bakıda sərnişin London taksisinin sürücüsünü döydü
04 yanvar 2015 14:29 (UTC +04:00)

Bakıda sərnişin London taksisinin sürücüsünü döydü

0

Bakıda xuliqanlıqla üzləşmiş taksi sürücüsü polisə müraciət edib. Lent.az-ın məlumatına görə, “London TX4” markalı avtomobillə taksi fəaliyyəti göstərən, Ağsu rayon sakini, 1957-ci il təvəllüdlü Cəbrayılov Elman Həsən oğlu bildirib ki, tanımadığı şəxs ona xəsarət yetirib.

 

Şikayətçinin sözlərinə görə, gecə saatlarında Nigar Rəfibəyli küçəsində sərnişinlə mübahisəsi düşüb. Bu zaman həmin şəxs sürücünün sifət nahiyəsinə zərbələr endirərək uzaqlaşıb.

 

İlkin araşdırmalardan sonra taksi sürücüsünə qarşı xuliqanlıq etmiş şəxsin paytaxt sakini, 1987-ci il təvəllüdlü Məmmədov Kamal Eldar oğlu olması müəyyən edilib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 271

Oxşar yazılar