Bakıda yanğın baş verib. Lent.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nərimanov rayonunda beşmərtəbəli binanın zirzəmisində vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan idman zalının saunasında taxtadan ibarət divar 2 kv.m sahədə və divarda quraşdırılmış 2 ədəd cərəyan ayırıcısı yanıb.
Yüksək temperaturdan lambirdən ibarət tavan 10 kv.m sahədə əriyib. Saunanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 10:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.