Bakı şəhər Baş Polis İdarəsi (BŞBPİ) paytaxtda xüsusi əməliyyat keçirib.
Bu barədə APA-ya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Məlumata görə, Bakı şəhər Baş Polis İdarəsinin narkotiklərlə mübarizə və ictimai təhlükəsizlik idarələrinin mayın 15-dən 16-na keçən gecə həyata keçirdiyi xüsusi əməliyyat əvvəlcədən hazırlanıb. Əməliyyat paytaxtın Nəsimi rayonunda yerləşən “İnfiniti” gecə barında və Xətai rayonunda yerləşən “Dalğa” saunasında aparılıb.
Əməliyyat zamanı 45-i qadın, 8-i kişi olmaqla əxlaqsızlıqla məşğul olan 53 nəfər saxlanılıb. Saxlanılan qadınların əksəriyyəti 16, 17 və 18 yaşlarında olan Özbəkistan vətəndaşlarıdır.
Hazırda paytaxtda bu istiqamətdə əməliyyat tədbirləri davam etdirilir.