Bakıda sahibkarın boğazını kəsib öldürən şəxs satıcısı imiş
23 dekabr 2015 17:26 (UTC +04:00)

Bakıda sahibkarın boğazını kəsib öldürən şəxs satıcısı imiş

 

 

Bakının Nizami rayonunun Keşlə qəsəbəsində iki gün əvvəl törədilən qətlin üstü açılıb.

 

Nizami rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində qətli törədən Yevlax rayon sakini, 1994-cü il təvəllüdlü Paşa İsmayıl oğlu Qələndərov tutularaq istintaqa təhvil verilib.

 

İlkin məlumata görə, P. Qələndərov qətlə yetirdiyi Vüsal Xəlilovun yanında satıcı işləyirmiş.

 

Qeyd edək ki, məlum qətl hadisəsi dekabrın 22-də qeydə Keşlə qəsəbəsində törədilib.

Gəncə şəhər sakini, 1978-ci il təvəllüdlü Vüsal Xəlilov Sabir küçəsində kirayədə yaşadığı evdə qətlə yetirilib. Naməlum şəxs onun boğazına bıçaq xəsarəti yetirib. O, aldığı xəsarət nəticəsində hadisə yerində dünyasını dəyişib.

 

Vüsal Xəlilov Bakıdakı ticarət mərkəzlərindən birində ticarətlə məşğul olurmuş.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 217
avatar

Oxşar yazılar