Bakıda şadlıq evində yanğın oldu
10 may 2017 23:58 (UTC +04:00)

Bakıda şadlıq evində yanğın oldu

0

Bakıda yanğın hadisəsi qeydə alınıb.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının  Nəsimi rayonunda ümumi sahəsi 700 m2 olan ikimərtəbəli “Niaqara” şadlıq evinin damında quraşdırılmış havatəmizləyici qurğu və tüstü bacasında yağ qalıqları yanıb.

 

Şadlıq evi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 380

Oxşar yazılar