Bakıda bədbəxt hadisə baş verib. Lent.az-ın məlumatına görə, Rumıniya vətəndaşı, 1973-cü il təvəllüdlü İoan Binca altçənə sümüyünün sınığı diaqnozu ilə Respublika Xəstəxanasına yerləşdirilib.
İlkin araşdırma nəticəsində məlum olub ki, 42 yaşlı Rumıniya vətəndaşı gecə saat 02 radələrində yaşadığı evin pilləkənində yıxılıb və xəsarət alıb.
Araşdırmalar davam etdirilir.