Bakıda restoranda 6 nəfəri güllələyən şəxs tutuldu - <span style="color:red;">YENİLƏNİB 5
22 dekabr 2015 13:58 (UTC +04:00)

Bakıda restoranda 6 nəfəri güllələyən şəxs tutuldu - YENİLƏNİB 5

 

Bakıda restoranda silahlı insident törədən şəxs saxlanılıb.

 

Bu barədə APA-ya Qaradağ rayon Polis İdarəsindən bildirilib.

Məlumata görə, hadisənin əsas iştirakçısı Məhərrəm Əliyevtutularaq polis idarəsinə gətirilib. Hazırda onun ifadəsi alınır.

 

Günün sonuna kimi onun barəsində həbs qətimkan tədbirinin seçiləcəyi gözlənilir.

 

Polisdən həmçinin bildirilib ki, hazırda polis hadisənin digər iştirakçısının tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.

 

Qeyd edək ki, məlum hadisə dekabrın 21-də saat 23.00 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranında qeydə alınıb. Bakı şəhər sakini Məhərrəm Əliyev və Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.

Xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə” restoranında ad günü məclisində olublar.

 

Bakı şəhər Prokurorluğundan APA-ya verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

***

 

Daxili İşlər Nazirliyi Lökbatan qəsəbəsindəki restoranda 6 nəfərin güllələnməsi ilə bağlı rəsmi məlumat yayıb. Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 21-də saat 23 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Zeytə” restoranının qarşısında Bakı şəhər sakini Məhərrəm Əliyev və  Samir adlı şəxs qəsəbə sakinləri Ədalət Həsənov, oğlu Orxan, Mehrab Əliyev, Cəmil Həmidov, Nazim Kərimov və Rafiq Kərimovla mübahisə etdikdən sonra M.Əliyev “Vinçestr” markalı tüfəngdən atəş açaraq onlara müxtəlif dərəcəli bədən xəsarəti yetirib hadisə yerini tərk ediblər.

 

Yaralılara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

 

Qaradağ RPİ tərəfindən zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

*****

 

10:58

 

Ötən gecə Bakıda baş verən silahlı insidentin əsas iştirakçısının kimliyi müəyyənləşib.

 

APA-nın əldə etdiyi məlumata görə, hadisənin əsas iştirakçısı, 1985-ci il təvəllüdlü Əliyev Məhərrəm Fəxrəddin oğludur. Hazırda onun qardaşının polisdə ifadəsi alınır.

 

M. Əliyev və hadisənin digər iştirakçılarının tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

 

**

 

Ötən gecə Bakıda baş verən silahlı insidentlə bağlı cinayət işi başlanıb. 

 

Bakı şəhər ProkurorluğundanAPA-ya verilən məlumata görə, faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb, iş üzrə müvafiq ekspertizalar təyin edilib. Hadisənin baş vermə səbəbləri istintaq yolu ilə araşdırılır. Hazırda iş üzrə zəruri və təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

 

***

03:25

 

Bakıda restoranda baş vermiş atışma nəticəsində 6 nəfər yaralanıb.

 

APA-nın məlumatına görə, bunlar Ədalət Həsənov, onun azyaşlı oğlu Orxan, Nazim Həsənov, Rafiq Kərimov, Cəmil Həmidov və Mehrab Əliyevdir. Yaralılardan 5-i tüfəngdən, 1-i isə tapançadan açılan atəş nəticəsində yaralanıb.

 

İlkin məlumata görə, xəsarət alanlar Lökbatan qəsəbəsindəki “Zeytə park” restoranında ad günü məclisində olublar. Restoranın iki müştərisi ilə ad günü mərasimi iştirakçıları arasında mübahisə yaranıb. Bundan sonra hələlik adları açıqlanmayan iki nəfər silaha əl atıb və ad günü iştirakçılarına atəş açmağa başlayıb.

 

***

 

Bakıda restoranda silahlı insident baş verib.

 

APA-nın hadisə yerindəki əməkdaşının verdiyi məlumata görə, hadisə Lökbatan qəsəbəsi ərazisində yerləşən “Zeytə park” restoranında baş verib.

 

İlkin məlumata görə, restoranın müştəriləri arasında mübahisə yaranıb. Mübahisə zamanı hələlik şəxsiyyəti məlum olmayan bir nəfər tüfəngdən atəş açıb. Nəticədə 4-5 nəfər yaralanıb. Yaralılar təcili tibbi yardım briqadaları tərəfindən 1 saylı Şəhər Kliniki Xəstəxanasına aparılıb.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər. Restoran bağlanıb, əraziyə heç kim buraxılmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 244
avatar

Nizam Rza

Oxşar yazılar