Bakıda qiyamətdən betər olay - YENİLƏNİB
21 dekabr 2012 17:18 (UTC +04:00)

Bakıda qiyamətdən betər olay - YENİLƏNİB

Bu gün Sabunçu rayonunda baş vermiş dəhşətli hadisənin təfərrüatları məlum olub. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sülh küçəsi, ev 40, mənzil 94-də yaşayan 1971-ci il təvəllüdlü Mirzəyev aqil Nəriman oğlu atası, 1938-ci il təvəllüdlü Nəriman Mirzəyevi və anası 1941-ci il təvəllüdlü Tərlan Mirzəyevaya balta və bıçaqla çoxsaylı xəsarətlər yetirib. Daha sonra valideynlərinin öldüyünü düşünən A.Mirzəyev evi yandıraraq qaçıb. Qonşuluqda yaşayan şəxslər mənzildən tüstü qalxdığını müşahidə edib və dərhal hüquq-mühafizə orqanlarına məlum verilib. Həmçinin evdə ağır vəziyyətdə olan şəxslər təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Xəstəxanasına aparılıb. Ağır vəziyyətdə olan ahıllar reanimasiyaya yerləşdirilib.

 

A.Mirzəyev isə polis əməkdaşları tərəfindən saxlanılıb.

 

 

*****

16:44

 

Bu gün Bakı şəhərinin Sabunçu rayonunda dəhşətli qətl hadisəsi törədilib. Sabunçu rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsi, Sülh küçəsində, 271 saylı orta məktəbin yaxınlığındakı binada ruhi xəstə atasını və anasını qətlə yetirib. Həmin şəxs daha sonra evi yandıraraq qaçıb.

 

Hadisə yerinə əməliyyat qrupu gəlib.

 

Araşdırmalara başlanılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8995

Oxşar yazılar

Bakıda 80 minlik  DƏLƏDUZLUQ

Bakıda 80 minlik DƏLƏDUZLUQ

8 fevral 2025 , 14:41
Türkiyədə selfi çəkən  Nailə qayalıqdan yıxıldı

Türkiyədə selfi çəkən Nailə qayalıqdan yıxıldı

8 fevral 2025 , 14:39
Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

Bakıda kirayədə qaldıqları evi qarət edən ana-oğul tutuldu

8 fevral 2025 , 14:00
İnvestisiya adı ilə dələduzluq edən tutuldu

İnvestisiya adı ilə dələduzluq edən tutuldu

8 fevral 2025 , 13:10
Buz qırıldı, 2 uşaq suda boğuldu

Buz qırıldı, 2 uşaq suda boğuldu

8 fevral 2025 , 11:44
Azərbaycanda 40 nəfər yanaraq  ölüb

Azərbaycanda 40 nəfər yanaraq ölüb

8 fevral 2025 , 11:14
Şamaxıda qumar oynayanlar  tutuldu

Şamaxıda qumar oynayanlar tutuldu

8 fevral 2025 , 10:56
Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

Bu azərbaycanlı Rusiyadan zorla çıxarıldı

8 fevral 2025 , 10:43