Bakı şəhəri, Suraxanı rayonunda vətəndaşa məxsus birmərtəbəli evin xarici divarına quraşdırılmış qaz sayğacı yanıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ev və yaxınlıqdakı digər sayğac yanğından mühafizə olunub. Yanğın saat 01:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.