Bakıda qardaş qardaşının qanını tökdü
26 iyun 2013 11:06 (UTC +04:00)

Bakıda qardaş qardaşının qanını tökdü

İyunun 26-na keçən gecə Bakı şəhərinin Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 1981-ci il təvəllüdlü Qasımov Faiq Xəzərxan oğlu qardaşı 1976-cı il təvəllüdlü Rafiq Qasımova bıçaqla xəsarətlər yetirib. İkinci ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

 

F.Qasımov saxlanılıb. Hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir.

 

Faktla əlaqədar araşdırmalar davam etdirilir.

# 988
avatar

Nizam Rza

Oxşar yazılar