Bakıda qanlı cinayət törədən Özbəkistan vətəndaşına <span style="color:red;">6,5 il HƏBS
05 avqust 2016 11:41 (UTC +04:00)

Bakıda qanlı cinayət törədən Özbəkistan vətəndaşına 6,5 il HƏBS

0

 

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinsə qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Özbəkistan vətəndaşı Oybek Axmedovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

Lent.az-ın  məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmü ilə O.Axmedov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, hadisə ötən ilin dekabr ayında Sabunçu qəsəbəsi, Şəhər şossesindəki mənzildə baş verib. Həmin mənzildə kirayədə yaşayan Özbəkistan vətəndaşı 1986-cı il təvəllüdlü Adambay Ruslanbayeviç Xudayverginov yaşadığı evin qarşısında kürək nahiyəsindən bıçaqlanıb.

O, 3 saylı Sabunçu Klinik Xəstəxanasına yerləşdirilib. A.Xudayverginovun həyatını xilas etmək mümkün olub.

 

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində A.Xudayverginova ağır bədən xəsarəti yetirən Özbəkistan vətəndaşı, 1986-cı il təvəllüdlü Oybek Sadullayeviç Axmedov saxlanılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 323

Oxşar yazılar