Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən məlumatına görə, dekabrın 10-da Sabunçu rayonunun Zabrat qəsəbəsində yaşayan Lentruş İsmayılov evində dəm qazından zəhərlənərək ölüb, arvadı Firuzə isə xəstəxanaya yerləşdirilib.
Bundan başqa Suraxanı rayonunun Zığ qəsəbəsində yaşayan Nigar Yarəhmədova evində dəm qazından zəhərlənərək ölüb.
Hər iki faktla bağlı araşdırmalar aparılır.