Bakıda axtarışda olan şəxs tutulub. Lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Bakı şəhər sakini Pərizad Əzizova 2013-cü ilin fevral ayında paytaxt sakini Eldar Behbudovun onun etimadını qazanıb 5200 manatını alması barədə Yasamal RPİ 27-ci PB-yə müraciət edib. Araşdırma zamanı E.Behbudovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 159-cu (dələduzluq) maddəsi ilə axtarışda olması da müəyyən edilib.
Araşdırmalar davam etdirilir.