Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən Bakı şəhər sakini, 1962-ci il təvəllüdlü Tahirə Rzayevanın cinayət işi üzrə məhkəmə prosesinə start verilib. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı martın 13 təyin edilib.
Qeyd edək ki, Tahirə Rzayeva bir neçə şəxsin etimadını qazanaraq pul alıb və onu geri qaytarmayıb. Onun barəsində axtarış elan edilib. Uzun müddət istintaqdan yayınan T. Rzayeva Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə şübhəli bilinərək barəsində həbs-qəti imkan tədbiri seçilib.