Bakıda soyğunçuluq hadisəsi baş verib. lent.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, dekabrın 17-də Nəsimi rayonunun Cavadxan küçəsində naməlum şəxs Bakı şəhər sakini Aytən Hüseynovaya zor tətbiq edib içərisində 80 manatı və sənədi olan çantasını alıb.
Çevik Polis Alayı və Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ramin Ağayev tutulub.