Martın 13-də Bakı şəhərinin Səbail rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Lermontov küçəsi ev 3, mənzil 11 ünvanında yaşayan 1958-ci il təvəllüdlü Obarey Gülnaz Cabbar qızı dəm qazından boğulub. 55 yaşlı qadının meyiti yaşadığı mənzilin hamam otağında aşkarlanıb.
Faktla əlaqədar ekspertizalar təyin olunub, araşdırmalar aparılır.