Bakıda 23 yaşlı oğlan bədbəxt hadisə nəticəsində vəfat edib. Lent.az-ın məlumatına görə, əslən Gəncədən olan və Xəzər rayonunda yaşayan 1993-cü il təvəllüdlü Bənicəlali Sənan Əliağa oğlu 3 saylı şəhər klinik xəstəxanasında vəfat edib. Şok vəziyyətində reanimasiyaya yerləşdirilən gəncin həyatını xilas etmək mümkün olmayıb.
S.Bənicəlalinin zəhərləndiyi ehtimal edilir. Bildirilir ki, bir neçə gün əvvəl o, Maştağadakı 1 nömrəli Psixiatriyada müalicə olunubmuş.
Araşdırma aparılır.