Polis rəisi ağır qəzaya düşdü: <span style="color:red;">3 yaralı
07 aprel 2014 10:29 (UTC +04:00)

Polis rəisi ağır qəzaya düşdü: 3 yaralı

Bakı şəhərinin Xətai rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın əldə etdiyi məlumata görə, Cəfərov Fərid Fariz oğlunun idarə etdiyi “BMW”, Xətai rayon Polis İdarəsinin rəisi Əkbər İsmayılovun xidməti avtomobili olan 90 AP 112 nömrə nişanlı “Hyundai Sonata”ya çırpılıb. Nəticədə polis polkovniki Əkbər İsmayılov, onun sürücüsü, polis serjantı Nəsib İsgəndərov, eləcə də “BMW”-nin sürücüsü Fərid Cəfərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.

# 4794
avatar

Nizam Rza

Oxşar yazılar