Paytaxtda polis baş serjantı idarəetməni itirərək qəza törədib. Lent.az-ın qafqazinfo-a istinadən məlumatına görə, hadisə Gəncə prospektində baş verib.
Post Patrul Xidməti Bölməsinin polis baş serjantı 1987-ci il təvəllüdlü Səfa Usubov xidmətə gələn vaxt idarə etdiyi Vaz-21014 markalı 90 MM 916 nömrəli avtomobilin idarəetməsini itirib.
S.Usubov yolun kənarında dayanan Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Rüstəm Məmmədova məxsus Mercedes markalı 99 FL 490 nömrəli avtomobilə vurub.
Polis serjantı qəzada xəsarət alsa da xəstəxanaya müraciət etməyib.