Bakıda İran vətəndaşları saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 21-də Xəzər rayonu Buzovna qəsəbəsinin ərazisində 3 naməlum şəxs əvvəlcə Mirsəid Əsədullayevə məxsus mağazaya gəlib ondan 710 dollar pul alıb, sonra isə Abasəli Əliyevə məxsus mağazaya gedib ondan da pul almağa cəhd göstərib və “Nissan-Sentra” markalı avtomaşında gediblər.
Xəzər RPİ 2-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş İran İslam Respublikası vətəndaşları Khazaei Fereydoun Mohammad Ebrahim oğlu, Farokhi Ali Mohammadghorban oğlu və Malayeri Mohammadhossein Mohammadali oğlu icarəyə götürərək idarə etdikləri “Nissan-Sentra” markalı avtomaşınla saxlanılıblar.