Bakıda parkda idman eləyən kişi öldü
14 yanvar 2013 10:33 (UTC +04:00)

Bakıda parkda idman eləyən kişi öldü

Yanvarın 13-da Bakı şəhərinin Suraxanı rayonu ərazisindəki parklardan birində ölüm hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Əmircan qəsəbə sakini, 1951-ci il təvəllüdlü Rəhimov Rəcəb Salman oğlu idman edərkən qəfil ölüb.

 

Məlumata görə, 62 yaşlı kişi müntəzəm olaraq, Suraxanı rayon İcra Hakimiyyəti binasının həyətindəki parkdakı kiçik idman şəhərciyində məşq edirmiş. Yanvarın 13-də məşq zamanı R.Rəhimovun ürəyi tutub və yıxılıb. O, hadisə yerində keçinib.

 

Faktla əlaqədar müvafiq araşdırmalar aparılır.

# 1933
avatar

Nizam Rza

Oxşar yazılar