Bakı şəhərinin Xətai rayonu ərazisində intihar hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, bu gün səhər Gənclik parkında şam ağacından asılı vəziyyətdə qalmış meyitin olması barədə məlumat daxil olub. Dərhal hadisə yerinə hüquq mühafizə orqanları əməkdaşları yollanıb. Məlum olub ki, meyit Gəncə prospekti ev 35 mənzil 3 ünvanında yaşayan 1960-cı il təvəllüdlü Aslanov Nurəddin Güloğlan oğluna məxsusdur. Meyit ekspertizadan keçirilməsi üçün aidiyatı üzrə göndərilib.
Faktla əlaqədar araşdırmalara başlanılıb.