Fevralın 27-də saat 01 radələrində Abşeron rayonu ərazisində Bakı şəhər sakini Ziyafət İbadov idarə etdiyi “Opel” markalı avtomobili yol ayırıcısına vurub.
Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, onun sərnişinlərindən Xırdalan şəhər sakini İdris Səfərəliyev hadisə yerində ölüb. Sürücü və digər 4 sərnişini isə xəstəxanaya yerləşdirib.
BDYPİ tərəfindən araşdırma aparılır.