Bakıda oğurluqla məşğul olan gənclər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Xəzər RPİ Cinayət Axtarış Şöbəsi, Post Patrul Xidməti və 2-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, fevralın 26-da səhər saatlarında Buzovna qəsəbəsi R.İmanov küçəsində Sənan Səfərova məxsus mağazanın qapı kilidini sındırmaqla, mobil telefon aksesuarları oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb. Onlar Bakı şəhər sakini, 1997-ci il təvəllüdlü Kənan Cavid oğlu Cabbarov, Lənkəran rayon sakini, 1997-ci il təvəllüdlü Nahid Valeh oğlu Mənsimov və Masallı rayon sakini 1998-ci il təvəllüdlü Zahir Rasim oğlu Mustafayevdir.
Faktla bağlı araşdırma aparılır