Bakıda oğurluq etmiş 3 nəfər tutuldu
24 noyabr 2015 11:25 (UTC +04:00)

Bakıda oğurluq etmiş 3 nəfər tutuldu

0

Bakıda oğurluq etmiş şəxslər tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində noyabrın 23-də M.Cəlal küçəsində Oktay Quliyevə məxsus binanın zirzəmisindən 2 ədəd su nasosu, 3 ədəd su qızdırıcısı, avtomobil diski və 30 metr elektrik kabeli oğurlamaqda şübhəli bilinən şəxslər tutulub.

 

Cinayətdə şübhəli bilinən Masallı rayon sakinləri - 1986-cı il təvəllüdlü Həsənağa Əliyev, əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Qafar Qəhrəmanlı və Neftçala rayon sakini 1995-ci il təvəllüdlü Valeh Quliyev tutulub.

 

Araşdırma davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 275

Oxşar yazılar