Bakıda “Milli Ön” ödəmə terminalından oğurluq edən şəxslər saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına istinadən məlumatına görə, DİN Növbətçi Hissələri İdarəetmə Xidmətinin Təhlükəsiz Şəhər Xidməti və Yasamal RPİ 29-cu PB əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 8-də Yasamal rayonu ərazisində “Milli Ön” ödəmə terminalından 2290 manat oğurlamış Bakı şəhər sakinləri Rəşad Məlikov, Amid Əliyev, Nahid Bağıyev və Elmar Məmmədov tutulublar.
Faktla bağlı araşdırma aparılıb.