Bakıda 166 saylı xətt marşrutu ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusunun törətdiyi qəzada xəsarət alan şəxslərin adları açıqlanıb.
3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya yerləşdirilib.
1949-cu il təvəllüdlü Çərkəz Şükür oğlu Əliyev, 1972-ci il təvəllüdlü Kəmalə Balaqardaşı qızı Əliyeva, 1966-cı il təvəllüdlü Elmira Davud qızı Manafova, 1959-cu il təvəllüdlü Fəridə Mehbala qızı Hacıyeva, 1981-ci il təvəllüdlü Şaiq Mehman oğlu Quliyev xəsarətlə xəstəxanaya yerləşdiriliblər.
Xəsarətləri yüngül olan bir nəfər isə ambulator yardımdan sonra evə buraxılıb.
14.30
166 saylı xətt marşrutu ilə hərəkət edən “DAEWOO” markalı sərnişin avtobusu idarəetməni itirərək hamamın divarına çırpılıb. Hadisə nəticəsində 6 nəfər xəsarət alıb. Xəsarət alanlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 166 saylı xətt marşrutu ilə hərəkət edən sərnişin avtobusu bu ay ikinci dəfədir ki, ağır qəza törədir.