Bakıda nazirlik avtomobili ağır qəzaya düşdü
20 dekabr 2012 16:27 (UTC +04:00)

Bakıda nazirlik avtomobili ağır qəzaya düşdü

Bu gün Bakı şəhərinin Səbail rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Puşkin küçəsində 10 AS 445 nömrə nişanlı “Hyundai Sonata” ilə “Nissan Patfainder” markalı iki avtomobil toqquşub. Nəticədə hər iki avtomobil yararsız vəziyyətə düşüb, 2 nəfər xəsarət alıb.

 

Hazırda hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları ilkin araşdırmalar aparır.

 

Məlumata görə, qəzaya düşən “Hyundai Sonata” nazirliklərdən birinə məxsusdur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3221

Oxşar yazılar