Yanvarın 31-də Bakı şəhərinin Yasamal rayonu ərazisində ölüm hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, “Sovetski” adlanan ərazidə, Murtuza Muxtarov küçəsində yaşayan 1979-cu il təvəllüdlü Cavadov Rüfət Əli oğlu qolundakı damarları doğrayıb. Kəskin qan itirən R.Cavadov ölüb.
Məlumata görə, R.Cavadov narkoman olub. O narkotik tapa bilmədiyinə görə damarlarını doğrayıb.
Faktla əlaqədar araşdırma aparılır.