Bakı şəhərinin Suraxanı rayonu ərazisində məktəbli qız dəm qazından boğularaq ölüb. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Tağızadə küçəsi 25 ünvanında yaşayan 2001-ci il təvəllüdlü Ağadadaşlı Səfurə İsgəndər qızı yaşadığı mənzildə dəm qazından boğulub. 12 yaşlı qızın meyiti mənzilin hamam otağında tapılıb.
Faktla əlaqədar ekspertizalar təyin olunub, araşdırmalar aparılır.
Qeyd edək ki, dəm qazından boğulan yeniyetmə qız orta məktəbin 6-cı sinfində oxuyurmuş.