Bakıda məhkəmədə dava: <span style="color:red;">qadının ürəyi getdi
12 mart 2015 13:30 (UTC +04:00)

Bakıda məhkəmədə dava: qadının ürəyi getdi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirli bilinən Azad Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs son sözlə çıxış edərək, ona qarşı istintaq orqanların qərəzli iş apardığını iddia edib. O, qətlə yetirdiyi Xəyyama Allahdan rəhmət diləyib. Hakimlər müşavirə otağına gedib. Müşavirədən qayıdan hakimlərin qərarı ilə Azad Orucov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.

 

Bundan sonra zərərçəkən şəxsin nümayəndələri ilə təqsirləndirilən şəxsin yaxınları arasında dava düşüb. Əlbəyaxa dava zamanı A.Orucovun anasının ürəyi gedib, ona ilkin tibbi yardım göstərilib. Penitensiar xidmətin əməkdaşlrının müdaxiləsindən sonra dava başa çatıb

 

Qeyd edək ki, hadisə 2013-cü il iyulun 26-da Suraxanı rayonunda “Duzlu göl” adlanan ərazidə baş verib.  30 yaşlı Xəyyam Allahverdiyev aldığı ağır xəsarətlərlə xəstəxanaya gətirilib və orada dünyasını dəyişib.

 

Keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində onun döyülərək öldürüldüyü məlum olub. Hadisəni törədən Zəngilan rayon sakinləri - 20 yaşlı Elçin Abdullayev, 29 yaşlı Abbas Orucov və onun qardaşı 23  yaşlı Azad Orucov tutulub.

 

İstintaqın gedişində Azad Orucovun X. Allahverdiyevi küt alətlə vuraraq öldürməsi üzə çıxıb. Onun X.Allahverdiyevi mübahisə zəminində qətlə yetirməsi məlum olub. O da bəlli olub ki, X.Allahverdiiyev Azad Orucovun işlədiyi kafedə hadisədən əvvəl yeyib-içibmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 151
avatar

Səlcuq Elçin

Oxşar yazılar