Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirli bilinən 1962-ci il təvəllüdlü Tahirə Rzayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə T. Rzayeva 7 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, Tahirə Rzayeva bir neçə şəxsin etimadını qazanaraq onlardan külli miqdarda pul alıb və geri qaytarmayıb. Onun barəsində axtarış elan edilib. Uzun müddət istintaqdan yayınan T. Rzayeva Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə şübhəli bilinərək barəsində həbs-qəti imkan tədbiri seçilib.