Bakıda mağazalardan oğurluq edən şəxs yaxalanıb.
Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Elçin Rəhimova məxsus mağazadan 550 manat, iyulun 29-da Sona Şahbazovaya məxsus mağazadan 850 manat, sentyabrın 5-də Jalə Həsənovaya məxsus gözəllik salonundan isə 780 manat pul oğurlamış Bakı şəhər sakini Əmrah Məmmədov saxlanılıb.