Bakıda lift mütəxəssisinin başına iş gəldi
08 aprel 2014 15:01 (UTC +04:00)

Bakıda lift mütəxəssisinin başına iş gəldi

Bakıda bədbəxt hadisə baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Nərimanov rayonunda tikilməkdə olan 16 mərtəbəli yaşayış binasında liftin quraşdırılması üçün şaxtanın 2-ci mərtəbəsində işləyən mütəxəssis yıxılaraq zirzəmiyə düşməsi barədə məlumat daxil olub. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs hadisə nəticəsində ağır bədən xəsarətləri alıb və yerindən tərpənmək iqtidarında olmayıb.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi zirzəmidən çıxarıb və hadisə yerində olan Təcili Tibbi Yardım Stansiyasının həkimlərinə təhvil veriblər. Əməliyyat saat 11:50-də başa çatıb.

 

# 894
avatar

Oxşar yazılar