Bakı Apellyasiya Məhkəməsində koreyalara qarşı quldurluq edən qrup üzvləri – Mehman Qədirov, Sadiq Hüseynov, Ramin Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az-ın məlumatına görə, hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə qərar açıqlanıb. Qərara əsasən, birinci instasiya məhkəməsinin hökmü ləğv edilib. Yeni hökmə görə, M.Qədirovun cəzası 5 ilə, S. Hüseynovun və R. Məmmədovun cəzası 4 il 6 aya endirilib.
Qeyd edək ki, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nizami RPİ 24-cü PB əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cənubi Koreya vətəndaşları Bak Unggyoonu və Park Kihyunu döyərək 500 dollar, 120 manat pul və 2 ədəd mobil telefonlarını soyğunçuluq yolu ilə almış qrupun digər üzvləri müəyyən edilib. Bakı şəhər sakinləri Ramin Məmmədov, Sadiq Hüseynov və Mehman Qədirov tutulublar.
Bakı Ağır Cinaəylər Məhkəməsinin hökmü ilə Mehman Qədirov 7 il, Sadiq Hüseynov və Ramin Məmmədov isə 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmü razı olmayan dəstə üzvləri apellyasiya şikayəti verib.