Bakıda klinikalardan silsilə oğurluq edən şəxsin istintaqı başa çatdı
10 iyun 2019 16:31 (UTC +04:00)

Bakıda klinikalardan silsilə oğurluq edən şəxsin istintaqı başa çatdı

Bakıda klinikalardan silsilə oğurluq etməkdə təqsirləndirilən Sadiq Həsənovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
APA-nın məlumatına görə, S.Həsənovun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
 
Cinayət işi hakim Vüsal Qurbanovun icraatına verilib və məhkəmənin hazırlıq iclası iyunun 20-də keçiriləcək.
 
Qeyd edək ki, Nərimanov rayonu, Atatürk prospektində yerləşən klinikalardan birində çalışan paytaxt sakini Elgün Rəşidzadə bölməyə ərizə ilə müraciət edərək bildirib ki, çalışdığı müəssisədəki kabinetindən “İphone 6” və “İphone 7” markalı mobil telefonları naməlum şəxs tərəfindən oğurlanıb. Bölmə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Yasamal rayon sakini Sadıq Həsənov saxlanılıb.
 
Onun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə S.Həsənovun Nərimanov rayonunda yerləşən daha 3 klinikadan ayrı-ayrı şəxslərə məxsus “Samsung Edge 7”, “İphone X” kimi 10 ədəd qiymətli mobil telefon, həmçinin pul kisələri və digər qiymətli əşyalar oğurladığı məlum olub.
 
Araşdırma zamanı müəyyən edilib ki, saxlanılan şəxs əvvəlcə klinikalara pasient kimi müraciət edib. Daha sonra o, həkim və tibbi personala məxsus otaqları gəzərək, boş kabinetlərdə olan qiymətli əşyaları oğurlayıb. Saxlanılan şəxsin oğurladığı mobil telefonları dəyər-dəyməzinə satdığı məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 550

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15