Bakıda klinikada yanğın olub - YENİLƏNİB
12 avqust 2014 16:42 (UTC +04:00)

Bakıda klinikada yanğın olub - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Bakıda klinikada baş vermiş yanğınla bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonu “Laçın” Klinikasında yanğın hadisəsi baş verib. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri cəlb olunub. Hal-hazırda yanğın tam söndürülüb.

 

 

*****

 

15:55

 

Bakıda klinika yanır. Lent.az-ın məlumatına görə, Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində yerləşən "Laçın" klinikasında güclü yanğın başlayıb. Alovun söndürülməsi üçün bir neçə yanğınsöndürmə briqadası hadisə yerinə cəlb edilib.

 

Bildirilir ki, klinikadakı yanğın elektrik qovşağında başlayıb. Ətraflı məlumat veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3209
avatar

Nizam Rza

Oxşar yazılar