Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü
26 dekabr 2012 11:58 (UTC +04:00)

Bakıda kişi kanalizasiya quyusuna düşüb öldü

Bu gün səhər saatlarında Bakı şəhərinin Nəsimi rayonu ərazisində ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Salamzadə küçəsində Papanin adlanan ərazidən keçən yolda 40-45 yaşlı kişi açıq kanalizasiya quyusuna yıxılıb. 

Həmin şəxs hadisə yerindəcə keçinib. İlkin araşdırmalar zamanı bədbəxt hadisə ilə üzləşmiş şəxsin sərxoş vəziyyətdə olması müəyyənləşib.

 

Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 979

Oxşar yazılar