Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib. Yasamal rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Z.Kərimov küçəsi 12 ünvanında yaşayan Tovuz rayon sakini, 1987-ci il təvəllüdlü İbrahimov Məhəmməd Hüseyn oğlu dəm qazından boğulub. Həmin evdə kirayədə yaşayan 27 yaşlı M.İbrahimov hamam otağında olarkən dəm qazından zəhərlənib və hadisə yerindəcə dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar aparılır.