Bakıda keçiddən keçməyən piyadanı maşın vurub öldürdü
Ötən gecə Bakının Yasamal rayonunda bir nəfərin ölümən səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, Tbilisi prospektinin 20 Yanvar dairəsi istiqamətində hərəkətdə olan naməlun avtomobil yolu keçmək istəyən 50-55 yaşlarında kişi piyadanı vurub. Piyada zərbənin gücündən vurulduğu yerdən bir neçə metr kənara düşüb və aldığı xəsarətlər nəticəsində hadsə yerində dünyasını dəyişib. Hadisəni törədən sürücü isə yaralıya yardım etmək əvəzinə ərazidən uzaqlaşmağa üstünlük verib.
Qeyd edək ki, piyada yerüstü piyada keçidinin altında vurulub. O, yolu piyada keçidi ilə yox, qadağan olunmuş yerdən keçmək istəyib və faciəli hadisənin qurbanl olub.
Qəzadan sonra hadisə yerinə Yasamal Rayon Polis İdarəsinin əməkdaşlari cəlb olunub. Meyitə və hadsə yerinə ilkin baxiş keçirilib. Hadisənini baş verdiyi ərazidəki təhlükəsizlik kameralarının görüntülərinə baxıldıqdan sonra piydani vuran avtomobil müəyyən ediləcək. Əməliyyatçılar vurulan piydanın şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində də iş aparırlar.
104