Bakıda kapitan köməkçisi özünü gəmidə öldürdü
13 may 2013 09:55 (UTC +04:00)

Bakıda kapitan köməkçisi özünü gəmidə öldürdü

 

Bakı şəhərinin Xətai rayonunda intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, mayın 12-də Bakı dəniz limanında H 560 hidroqrafiya gəmisində, həmin gəminin kapitan köməkçisi 1990-cı il təvəllüdlü Günəşov Emin Hüseyn oğlunun asılı vəziyyətdə qalmış meyiti tapılıb. 23 yaşlı kapitan köməkçisinin meyiti gəmidəki yanğınsöndürmə qurğusunun borusundan asılı vəziyyətdə aşkarlanıb.

 

Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2702

Oxşar yazılar