
İranın Cənubi Qafqazla bağlı maraqları
İranın Cənubi Qafqaz bölgəsində tarixən formalaşmış maraqları mövcuddur. Eyni zamanda bu maraqlar tarixin müxtəlif dövrlərində Rusiyanın maraqları ilə toqquşmuşdur. Daha sonra Sovet hökumətinin dağılması İranı bölgədə yenidən öz tarixi maraqlarının bərpa olunması uğrunda mübarizəyə sövq etmişdir. Dövlət, milli, dini və iqtisadi amillərdən ibarət olan həmin maraqları aşağıdakı şəkildə xarakterizə edə bilərik:
İranın bölgə ilə bağlı iqtisadi marağını nəzərə alaraq, demək olar ki, o, Cənubi Qafqaz regionuna öz məhsullarının satış bazarı kimi baxır. Eyni zamanda, xüsusən Azərbaycanla enerji sahəsində birgə əməkdaşlıqda maraqlıdır;
İran regionda islam dininin yayılması ilə bölgədə təsirini artırmaqda maraqlıdır;
İran Şimal sərhədlərinin təhlükəsizliyi baxımından Azərbaycanla əməkdaşlığın inkişafında maraqlıdır;
İran həmçinin öz təhlükəsizliyi baxımından Cənubi Qafqazda sabitliyin bərqərar olunmasında, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində maraqlıdır. Çünki Şimalda baş verəcək hər hansı bir qarşıdurma Cənubda da öz təsirini göstərə bilər.
Mütəxəssislərin fikrincə, məhz bu maraqlardan irəli gələn məqsədlər aşağıdakılardır.
Kənar qüvvələrin Cənubi Qafqazda iştirakını mümkün qədər məhdudlaşdırmaq, onların İran sərhədlərinə yaxınlaşmasına imkan verməmək;
Regional problemləri yalnız bölgə dövlətlərinin birgə iştirakı ilə həll etmək;
Cənubi Qafqaz ölkələrinin birtərəfli addımlarını maksimum azaltmaq və onların siyasi proseslərdə birgə iştirakına nail olmaq;
Qərbyönümlü siyasət yeridən region dövlətləri ilə münasibətləri yüksək səviyyəyə qaldıraraq onlara təsir mexanizmlərini müəyyənləşdirmək;
Geostrateji maraqları İranla üst-üstə düşən region ölkələri ilə əməkdaşlığı daha da möhkəmləndirmək və s.
Bütün bu maraq və məqsədləri nəzərə alan dövlət başçısı İranla əlaqələrdə balansın qorunub saxlanmasına diqqət yetirərək bu münasibətlərdə hər zaman Azərbaycan Respublikasının milli və təhlükəsizlik maraqlarını əsas tutur.
Ləman Xəlilova
Azerbaijan Realities
Oxşar yazılar

Xəbərdaredici nişan olsaydı, Cümşüd ölməyəcəkdi… – Qurumdan açıqlama-VİDEO
30 iyun 2025 , 21:53
Yekaterinburqda vəhşicəsinə öldürülən azərbaycanlıların qardaşı danışdı-VİDEO
30 iyun 2025 , 21:47
Rusiyada öldürülən qardaşların meyiti yaxınlarına təhvil verildi-VİDEO
30 iyun 2025 , 21:05
Şamaxıda müəmmalı ÖLÜM: ailəsi qadının meyitini tapdı
30 iyun 2025 , 19:33
Perinatal Mərkəzdə 7 körpənin ölümünə görə şöbə müdiri ifadə verdi
30 iyun 2025 , 19:00
Saatlıda su üstündə MÜBAHİSƏ: Əmisini şüşə ilə doğradı
30 iyun 2025 , 18:42"Sputnik Azərbaycan"ın ofisində əməliyyat zamanı saxlanılanların adları
30 iyun 2025 , 18:33