Yasamalda binada yanğında  bağlı qapı təxliyə üçün olmayıb  - FHN
24 noyabr 2025 00:01 (UTC +04:00)

Yasamalda binada yanğında bağlı qapı təxliyə üçün olmayıb - FHN

0

Noyabrın 21-də Yasamalda baş verən güclü yanğın zamanı təxliyə qapısının bağlı olması haqda iddialar yayılıb.

Lent.az xəbər verir ki, FHN-in Dövlət Yanğın nəzarəti xidmətinin rəis müavini Cəmil Xudiyev sözügedən məsələ ilə bağlı “Real TV”yə danışıb:

“Həmin qapı müvafiq texniki sənədlərdə qeyri-yaşayış sahəsinə aid təsbit olunub. Qanunla da qeyri-yaşayış sahələri yaşayış sahələrindən təcrid olunmalıdır. Yəni, həmin qapı təxliyə qapısı hesab olunmur. Qapının bağlı olması da tikinti normalarının tələbini formalaşdırır”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 98

Oxşar yazılar