Bakıda iş adamının “İPhonu”nu əlindən aldılar
19 fevral 2013 10:42 (UTC +04:00)

Bakıda iş adamının “İPhonu”nu əlindən aldılar

Fevralın 18-də Bakıda soyğunçuluq hadisəsi baş verib. Səbail rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, rayon ərazisində naməlum şəxs Nuriyev Qubad İsfəndiyar oğluna hücum edib. Həmin şəxs Q.Nuriyevi bıçaqla hədələyərək onun “İPhone5” markalı telefonunu əlindən alıb.

 

Qeyd edək ki, hücuma məruz qalmış şəxs iş adamıdır. Q.Nuriyev şəhərin mərkəzində kafe işlədir. Faktla əlaqədar araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2199
avatar

Nizam Rza

Oxşar yazılar