Bakıda İran vətəndaşının motosikletini oğurladılar
16 iyul 2017 20:32 (UTC +04:00)

Bakıda İran vətəndaşının motosikletini oğurladılar

Bakıda əcnəbi vətəndaşın motosikleti oğurlanıb. Lent.az xəbər verir ki, İran İslam Respublikasının vətəndaşı, Əmirəli Firdovsi İsa oğlu polisə müraciət edərək bildirib ki, Hövsan qəsəbəsindəki evinin həyətindən oğurluq edilib. Onun sözlərinə görə, bu ilin martında ölkəni tərk edib və bu günlərdə geri qayıdarkən “Honda” markalı motosikletinin həyətdən oğurlandığını görüb.

 

 

Müraciət əsasında araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 293

Oxşar yazılar