Dünən axşam saatlarında Mətbuat prospektində çoxmərtəbəli binanın damına çıxaraq intihar edən şəxslə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əldə etdiyi məlumata görə, 10 mərtəbəli binanın damına çıxan şəxs Şəmkir sakini, 1992-ci ildə anadan olmuş Ələsgərli Tamerlan Rövşən oğlu olub. FHN-in əməkdaşları tərəfindən binanın damından düşürülən 23 yaşlı oğlan polis bölməsinə aparılıb və burada dindirilib. O, ilkin ifadəsində bildirib ki, valideynləri bir müddət əvvəl vəfat edib. Bundan sonra T.Ələsgərlinin babası və nənəsi ona qalmalı olan evi ələ keçiriblər.
23 yaşlı oğlan valideynlərinin yaşadığı evdə mülkiyyət hüququnun təsdiqlənməsini və evin ona qalmalı olduğunu deyib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*****
22:54
Bakıda intihara cəhdin qarşısı alınıb.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Səbail rayonunda bir nəfər 10 mərtəbəli binanın 8-ci mərtəbəsindəki mənzilin eyvanına çıxaraq intihar etmək niyyətini nümayiş etdirib.
Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin muvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq aşağı endirilib və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 20:51-də başa çatıb.