Bakıda əcnəbi ölkə vətəndaşının velosipedi oğurlanıb. Lent.az-ın məlumatına görə, Nəsimi raon Polis İdarəsi, 21-ci Polis Bölməsinə müraciət edən, 1982-ci ildə Hindistanda doğulan və İngiltərə vətəndaşı olan Taneja Amir Trodeep bildirib ki, naməlum şəxs və ya şəxslər onun velosipedini oğurlayıb.
Neftçilər prospektində yerləşən hotellərdən birində menecer işləyən A.Taneja qeyd edib ki, bir müddətdir ki, Rəşid Behbudov küçəsində kirayə tutduğu evdə yaşayır və dünən işdən qayıdanda binanın qarşısında saxladığı velosipedin oğurlandığını görüb.
Şikayətçi velosipedin dəyərinin təxminən 500 manat olduğunu əlavə edib.
Müraciət əsasında araşdırmalar aparılır.