Dekabrın 19-da Bakı şəhərinin Sabunçu rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Bakıxanov qəsəbəsində yerləşən “Bakıxanov” ticarət mərkəzinin yaxınlığında naməlum şəxslər 1981-ci il təvəllüdlü Əhmədov Ümid Əli oğlu və onun 25 yaşlı qardaşı Turalı bıçaqlayaraq qaçıblar.
Məlumata görə, həmin ərazidə Əhmədov qardaşları bir qrup gənclə dava edib. Dava zamanı həmin şəxslər hər iki gəncə bıçaqla xəsarət yetirib. Hazırda hadisəni törətmiş şəxslərin yaxalanaraq istintaqa cəlb edilməsi istiqamətində iş aparılır.